Premyer Liqa tarixinin ən yaxşı qapıçıları açıqlandı
    • 19-08-2024, 21:23
    • 346

Premyer Liqa tarixinin ən yaxşı qapıçıları açıqlandı

Premyer Liqa tarixinin ən yaxşı qapıçıları açıqlanıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, siyahını “FourFourTwo” tərtib edib.

Reytinqdə 20 qolkiper yer alıb. 1-ci pillədə Petr Çex qərarlaşıb.

“Çelsi” və “Arsenal”da oynamış çexiyalı 443 matçda 367 qol buraxıb. Siyahıda Peter Şmeyxel ikinci, Devid Simen üçüncü sıradadır.

Qeyd edək ki, İngiltərə millisinin indiki qapıçısı Cordan Pikford 16-cıdır.