Ançelotti “Real”da ilk dəfə belə vəziyyətlə üzləşdi
    • 19-08-2024, 15:42
    • 262

Ançelotti “Real”da ilk dəfə belə vəziyyətlə üzləşdi

İspaniya çempionatının 1-ci turunun “Malyorka” – “Real” oyunu 1:1 hesabı ilə başa çatıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Madrid klubu Karlo Ançelottinin rəhbərliyi altında 6 mövsümdən sonra ilk dəfə La Liqanın açılış turunda qələbə qazana bilməyib. “Qalaktikos” buna qədər baş tutan start oyunların hamısında qalib gəlib.

Ümumilikdə 21-ci əsrdə madridlilər mövsümə 6 dəfə heç-heçə ilə başlayıb.