-
- 19-08-2024, 15:48
- 280
Ayvan Toni "Əl-Əhli"dən nə qədər istədi? - MƏBLƏĞ
"Brentford"un hücumçusu Ayvan Toninin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"yə keçmək üçün nə qədər pul tələb etdiyi açıqlanıb.
News24.az Fanat.Az-a istinadla xəbər verir ki, bu barədə son məlumatı "Mirror" yayıb.
Xəbərə görə, İngiltərə millisinin forvardı avqustun 31-nə - "transfer pəncərəsi" bağlanana qədər "Brendford"u tərk etməkdə qərarlıdır. Mənbə 28 yaşlı futbolçunun "Əl-Əhli"dən 2,5 illik müqavilə fonunda 50 milyon funt-sterlinq və müxtəlif bonusar tələb edib.
Qeyd edək ki, "Əl-Əhli" ötən mövsüm çempionatı 3-cü pillədə başa vurub.