Futbolçu vəhşicəsinə qətlə YETİRİLDİ
    • 19-08-2024, 20:59
    • 360

Futbolçu vəhşicəsinə qətlə YETİRİLDİ


İspaniyada faciəli hadisə yaşanıb. 

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, "Mosexon" klubunun futbol akademiyasının meydançasında naməlum şəxs 11 yaşlı uşağı bıçaqlayıb. 

Bu barədə "Marca" məlumat yayıb. 

Hadisə bazar günü baş verib. Yeniyetmələr oynayarkən şəxsiyyəti hələ müəyyənləşməyən kişi içəri girib və azyaşlıya xəsarət yetirib. Təcili tibbi yardım xidməti cəld müdaxilə etsə də, 11 yaşlı futbolçunu xilas edə bilməyib.

Asayiş keşikçiləri hadisə yerindən qaçan şəxsi yaxalamaq üçün Pireney yarımadasının mərkəzindəki Kastilya-La-Mança bölgəsinə, Toledo yaxınlığında yerləşən qəsəbəyə xeyli polis yeridib. İspaniya mediası cinayətkarın aqressiv olduğunu və hadisə yerindən qaçmağa çalışarkən digər insanlara da zərər verməyə çalışdığını bildirib.

"Mosexon" klubu sosial şəbəkə hesablarında açıqlama yayıb: "Qətldən bütün şəhər sarsılıb. Klub akademiyamızın futbolçusu Mateonun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Məkanı cənnət olsun".