Prezident İlham Əliyev Təzə pir məscidi ilə bağlı GÖSTƏRİŞ VERİB - ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ AÇIQLADI
    • 5-06-2019, 10:46
    • 1 510

Prezident İlham Əliyev Təzə pir məscidi ilə bağlı GÖSTƏRİŞ VERİB - ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ AÇIQLADI

"Təzə pir məscidinin ətrafı genişləndiriləcək". 

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 

A.Paşazadə deyib ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müəyyən göstərişlər verib: "Cənab prezidentin Təzə pir məscidinin ətrafının genişləndirilməsi ilə fikri bu yaxınlarda elan olunacaq. Təzə pir məscidi bizim mənəvi simvolumuzdur. Bu hər zaman belə olub. Bura dahilər gəliblər. Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, eşitdiyimə görə, Məhəmməd Əmin Rəsulzadə də gəlib. Həmçinin Heydər Əliyev cənabları ilk dəfə prezident seçiləndə bura gəlmişdi. Dünyasını dəyişəndə də birinci lider kimi bu məsciddən götürülüb. Allah ona rəhmət eləsin! Onun namazı burada qılınıb. Bu da onu göstərir ki, Təzə pir məscidi Azərbaycan xalqı üçün hər zaman müqəddəs yer olub. Ona görə də dövlət rəhbərinin Təzə pirə böyük rəğbəti var".

Teymur Məmmədov