Boşanmasının səbəbini açıqladı: Məhv olmuşam
    • 20-08-2024, 21:53
    • 259

Boşanmasının səbəbini açıqladı: Məhv olmuşam

“Milan”ın hücumçusu Alvaro Morata həyat yoldaşı Elis Kampellodan ayrılmasının səbəblərini paylaşıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, futbolçu ayrılıqdan çox narahat olduğunu etiraf edib.

“Alis İspaniyada qalmaq istədi və bir daha başqa ölkəyə köçmək istəmədi. Mən məhv olmuşam, amma zəmanət verirəm ki, onu heç vaxt aldatmamışam. O, mənim həyatımdakı ən vacib qadındır”, – ispan jurnalist Xavier de Hoyos sosial şəbəkədə Moratadan sitat gətirib.

Xatırladaq ki, 31 yaşlı Alvaro Morata iyul ayında İtaliyanın “Milan” klubunun futbolçusu olub. Klubla müqavilə 2028-ci il iyunun 30-na kimidir, daha bir il uzadılması mümkündür.