"Mançester Yunayted"in Ferdi Kadıoğlu QƏRARI
    • Bu gün, 16:30
    • 80

"Mançester Yunayted"in Ferdi Kadıoğlu QƏRARI

İngiltərə Premyer Liqasına gedəcəyi gözlənilən Ferdi Kadıoğlunun transferində isti irəliləyişlər var.

News24.az xəbər verir ki, Ferdi Kadıoğlu “Mançester Yunayted”lə yanaşı “Brighton”un da gündəmində olduğu halda, İngiltərə Premyer Liqa nəhəngi futbolçu ilə bağlı son qərarını verib.

The Athletic-də çıxan xəbərə görə, Manchester United Ferdi Kadıoğlunu transfer etməkdən vaz keçib.

Xəbər təfərrüatında zədəli olan Lyuk Şounun qısa zamanda komandaya dönəcəyi, Erik ten Haqın da sol cinah müdafiə nahiyəsində Mazraoui və Diogo Dalotdan istifadə edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Fənərbaxça" bu yaxınlarda Ferdi Kadıoğlu üçün bonuslar da daxil olmaqla təxminən 35 milyon avroluq təklif edən "Brighton"dan bu rəqəmi artırmasını gözləyir.

Hər məsələdə "Brayton"la anlaşan milli futbolçu klubların razılığa gəlməsini gözləyir.

Bildirək ki, bu mövsüm 5 matçda meydana çıxan və 298 dəqiqə meydanda olan Ferdi Kadıoğlu 1 qola töhfə verib.

Günel Məlikzadə