-
- 5-06-2019, 17:12
- 1 129
Azərbaycan muğamı Litvada səslənəcək
"Aypara" Muğam Qrupu Litvaya səfər edib. News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Litvadakı səfiri Tamerlan Qarayevin təşəbbüsü ilə baş tutan səfər Azərbaycan Respublika Günü ilə bağlıdır.
Qeyd edək ki, qrup üzvləri eynilə Litva Respublikasının Azərbaycandakı səfiri cənab Valdas Lastauskasın təşəbbüsü ilə Litva Birshtonas şəhərində Şəhər Bayramında da ölkəmiz adından çıxış edəcəklər.
"Aypara" Muğam Qrupunda xanəndə Gülzar Fərəcova Respublika Muğam Televiziya müsabiqəsinin diplomantı, Azərbaycan Milli konservatoriyasının III kurs tələbəsidir və Sumqayıt Şəhər Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin müəlliməsidir. Tarzən Ədalət Behbudov Respublika və Beynəlxalq müsabiqələr qalibidir, Bakı Humanitar Kollecində müəllim vəzifəsində çalışır. Kamança ifaçısı Pərviz Fərhadov Respublika və Beynəlxalq müsabiqələr qalibidir. Azərbaycan milli konservatoriyasında müəllim vəzifəsində çalışır.