Türkiyədə vəkil evində ölü tapıldı
    • 22-08-2024, 20:56
    • 159

Türkiyədə vəkil evində ölü tapıldı

Türkiyədə vəkil evində ölü tapılıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada yaşayan 32 yaşlı vəkil Feyyaz Alptuğ Memişoğullarının evindən səhər saatlarında silah səsi gəlib.

Silah səsini eşidən qonşular dərhal polisə və təcili yardıma xəbər verib.

İlkin ehtimal kimi vəkilin intihar etdiyi söylənilir.

Vəkilin meyiti ekspertiza üçün Bursa Dövlət xəstəxanasına aparılıb.