Fidan Hacıyeva Parisdə konsert verdi - FOTOLAR
    • 6-06-2019, 13:18
    • 1 650

Fidan Hacıyeva Parisdə konsert verdi - FOTOLAR

Xalq artisti Fidan Hacıyeva iyunun 4-də Parisdə görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. 

Xalq artistinin News24.az-a  məlumata görə, “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və “Paris - Azərbaycan Evi”nin dəstəyi ilə keçirilən konsert Azərbaycanın zəngin mədəni irsini, ölməz sənətkarımızın əsərlərini dünyaya tanıtmaq məqsədi daşıyırdı. 

Qeyd edək ki, sənətçinin bu komserti Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi bağlı keçirilən silsilə konsertlərin davamıdır.