Bayram günü Bakıdan ən çox sərnişin axını İstanbul və Tbilisiyə olub
    • 6-06-2019, 14:15
    • 872

Bayram günü Bakıdan ən çox sərnişin axını İstanbul və Tbilisiyə olub

Bayramın ilk günü ( 5 iyun tarixində) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətlərə 378 reyslə 10 663 sərnişin daşınıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin yaydığı məlumatda bildirlib.

Qeyd edilib ki, beynəlxalq istiqamətlərə isə 25 reyslə 718 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul və Tbilisi şəhərlərinə olub.

Bayramın 2-ci günü bu dəqiqələrə olan statistikaya görə, 158 reyslə 3700 sərnişin bölgələrə yola salınıb. Digər günlərlə müqayisədə bu gün sərnişin sıxlığı müşahidə olunmur.