Ən emosional 5 bürc
    • 26-08-2024, 13:55
    • 1 884

Ən emosional 5 bürc

Astrologiyaya görə, hər bürcün özünəməxsus xüsusiyyətləri var. Bəzi xüsusiyyətlər insanların çox emosional olmasına səbəb ola bilər.

News24.az həmin bürcləri təqdim edir:

1- BALIQLAR

Balıqlar ən emosional bürclər arasında birinci yerdədir. Balıqlar emosiyaları çox qiymətləndirirlər, hörmətsizlik və ya incikliklərə dözə bilmirlər.

Balıqlar yaşadıqları ən kiçik neqativ hadisədə dərhal göz yaşı tökərlər. Onların ürəkləri çox tez qırılır. Onlar əsəbləşməyə dözə bilməzlər.

2- XƏRÇƏNG

Xərçəng bürcləri ən emosional bürclərdəndir. Duyğularını idarə etməkdə uğurlu olmurlar.

Xərçəng bürcləri ailələrini və ətraflarını çox sevirlər. Hamı ilə empati qurmağı sevir. Hisslərini açıq şəkildə ortaya qoyur və qarşı tərəfdən də eyni davranışı gözləyir.

3- BUĞA

Buğa bürcü insanlarının ürəyi çox həssasdır. Son dərəcə mərhəmətli bürc olduqları üçün kömək etməyi sevirlər.

Buğalar adətən emosionallıqlarını göstərmək istəmirlər. Bununla belə, hər şeyi özlərinə dərd edə bilirlər. Buğa bürcü çox kədərləndikdə və incindikdə, içinə dönük olub, günlərlə evdən belə çıxmır.

4- TƏRƏZİ

Tərəzilər hisslərini göstərməkdə çox şəffafdırlar. Tərəzilər sevdiklərini bütün qəlbləri ilə sevirlər, lakin sınsalar, bir daha həyatdan həzz ala bilməyirlər.

Tərəzilər sevilmədiklərini düşünəndə çox həssas olurlar. Çünki sevgilərini çox sıx yaşayırlar. Ətraflarında sevilmədiklərini hiss etdikdə onların sağalması üçün vaxt lazım olur.

5- ƏQRƏB

Əqrəblər çox emosionaldırlar. Lakin onların hissləri digər əlamətlərdən bir qədər dərindir. Əqrəblər gərgin, ehtiraslı və çox sadiqdirlər.

Balıqlar və Xərçəngdən fərqli olaraq, duyğuları ilə bir az daha özəldirlər. Mənfi emosiyalar hiss etsələr, özlərinə çox zərər verə bilərlər.

Məryəm İlhamqızı