-
- 26-08-2024, 15:30
- 713
TikTok resepti xiyar qıtlığına səbəb oldu
İslandiyada TikTok-da paylaşım rekordları qıran resept, xiyar qıtlığına səbəb olub.
News24.az xəbər verirki, hər şey “xiyar adamı” kimi tanınan sosial mediaya təsir edən Loqan Moffittin yeni resepti ilə başlayıb.
Bu resepti sınayan islandiyalı sosial media istifadəçilərinin videoları böyük diqqət çəkdikcə, ölkədə xiyar istehlakı çılğınlığı başlayıb.
Küncüt yağı, sarımsaq, düyü sirkəsi və acı bibər yağı ilə hazırlanan resepti demək olar ki, hər kəs sınayıb.
Tezliklə tələbat o qədər artıb ki, supermarketlərdə xiyar tapmaq mümkün olmayıb. İslandiya Fermerlər Birliyi artan tələbatı ödəyə bilmədiklərini bildirib. Xiyar alışı iki dəfə artıb.
Market sahibləri ilk dəfə belə bir vəziyyətin şahidi olduqlarını açıqlasa da, xiyar qıtlığının günahı TikTok-un üzərinə atılıb.
Qeyd edək ki, rəsmilər tədarükün bir həftə ərzində normallaşacağını gözləyirlər.
Məryəm İlhamqızı