Bərdədə ŞOK CİNAYƏT: 22 yaşlı oğlanı qəbiristanlıqda öldürdülər -YENİLƏNDİ
    • Dünən, 23:15
    • 231

Bərdədə ŞOK CİNAYƏT: 22 yaşlı oğlanı qəbiristanlıqda öldürdülər -YENİLƏNDİ



Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı Hüseynov Mirsaleh Firdovsi oğlu saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Qeyd edək ki, bu gün saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 22 yaşlı Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


***

22:24

Bu gün saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 22 yaşlı Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.