Əməkdar artist xərçəngdən əziyyət çəkir
    • 28-08-2024, 13:02
    • 447

Əməkdar artist xərçəngdən əziyyət çəkir

"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür".

News24.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:

"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun".

Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb:

"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var".

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.