"Ermənilər Zəngəzuru boşaldır"
    • 28-08-2024, 13:55
    • 387

"Ermənilər Zəngəzuru boşaldır"

2019-cu illə müqayisədə Sünik (Zəngəzur – red.) əhalisi 15% azalıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu “Aprelu Yerkir” partiyasının həmtəsisçisi, keçmiş əmək və sosial məsələlər üzrə nazir Mesrop Arakelyan yazıb.

O bildirib ki, Geqarkunik əhalisi 6%, Tavuş əhalisi isə 4% azalıb.

“Ümumilikdə sözügedən vilayətləri 40 mindən çox insan tərk edib”, – keçmiş nazir qeyd edib.

Arakelyan həmçinin Qarabağı tərk etmiş ermənilərin bir qisminin Ermənistandan da getdiyini, bu köçün ölkə üçün ağrılı nəticələri olacağını vurğulayıb.