Kimlər vərəmə meyillidir? - Açıqlandı
    • 28-08-2024, 20:56
    • 523

Kimlər vərəmə meyillidir? - Açıqlandı

Risk qrupuna aid şəxslər (İİV-ə yoluxanlar, onkoloji xəstələr, hormonal müalicə alanlar və tibb işçiləri) vərəmə meyilli olur.

News24.az Medicina.az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, buna səbəb onların immun sistemlərinin zəif olmasıdır.

Direktor bildirib ki, vərəm xəstəliyinin genetikaya aidiyyəti yoxdur, çünki yoluxucu xəstəlikdir: “Əgər evdə aktiv vərəm xəstəsi varsa və müalicə almırsa, o, digər ailə üzvlərini infeksiyaya yoluxduracaq”.