-
- 28-08-2024, 21:39
- 468
“Üçüncü Dünya Müharibəsi olacaq" - Başlayacağı bölgə göstərildi
ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumuna reaksiya verib.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, siyasətçi Ukraynanın bu addımının Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini iddia edir.
“Ukraynada baş verənlərə baxın. Rusiyaya axışırlar. Üçüncü Dünya Müharibəsi olacaq”, – Tramp vurğulayıb.