Malikanəsini 21 milyona satdı - FOTOlar
    • 29-08-2024, 11:42
    • 251

Malikanəsini 21 milyona satdı - FOTOlar

Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest Malibudakı malikanəsini 21 milyon dollara satıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Sözügedən evi sənətçi ötən il 57 milyona almışdı. Reper mülkünü pəncərəsiz, işıqsız və suyu olmayan bomba sığınacağına çevirmək istəyirdi.

Malikanəni daşınmaz əmlak şirkətlərindən biri alıb.

Evin layihəsi məşhur yapon memarı Tadao Ando tərəfindən hazırlanıb.