-
- 29-08-2024, 13:35
- 263
Avropa Birliyində "qadın üzv" böhranı
İyunun 6-9-da Avropa İttifaqında keçirilən seçkilərdən sonra Komissiya sədri Ursula fon der Leyen iyulun 18-də Avropa Parlamentində (AP) etimad səsverməsi alaraq ikinci dəfə Komissiyanın sədri seçilib.
News24.az xəbər verir ki, iyulun 25-də üzv ölkələrə məktub göndərən von der Leyen onlardan avqustun 30-dək Komissiyaya üzvlər təklif etmələrini istəyib.
Von der Leyen sentyabrın ilk həftəsində təklif olunan adları qiymətləndirməyi planlaşdırır.
Qeyd edək ki, 27 üzv dövlətin hər biri Aİ-nin icra orqanı olan Komissiyaya bir üzv göndərmək hüququna malikdir.
Komissarlar Aİ-nin icra hakimiyyətində ən yüksək vəzifəli şəxslərdir. Bununla belə, Komissiya sədrinin formalaşdıracağı “kabinet”lə bağlı üzv ölkələrdən xüsusi müraciəti olub.
Aİ-nin ilk yüksək səviyyəli qadın icraçı direktoru von der Leyen hər bir üzvdən gender balansı üçün bir deyil, iki ad, biri kişi və bir qadın təklif etməyi xahiş edib.
Bu tələb üzv ölkələri bir qədər çətin vəziyyətə salıb. Sabah son gün olsa da, fon der Leyen də daxil olmaqla, indiyə qədər təklif edilən 24 addan yalnız 7-si qadındır.
CƏMİ 5 ÖLKƏ QADIN ÜZV TƏKLİF EDİB
İndiyədək Belçika, İtaliya və Bolqarıstandan başqa bütün üzvlər təkliflər verib.
Almaniya öz hüququndan von der Leyenin lehinə istifadə etdiyi halda, Estoniyadan gələn növbəti Komissiya üzvü Aİ liderləri tərəfindən Josep Borrell əvəzinə "Ali Nümayəndə" kimi tövsiyə edilən Kaja Kallas olub.
Bunlardan başqa, fon der Leyenin istəyinə müsbət cavab yalnız İspaniya, Portuqaliya, İsveç, Finlandiya və Xorvatiyadan gəlib.
Bu ştatda fon der Leyen indiki Komissiyada 12 olan qadın üzvlərin sayına belə çata bilmir.
Günel Məlikzadə