Tanınmış aparıcı "Qarabağ" rəhbərliyinə OD VURDU - VİDEO
    • 29-08-2024, 15:04
    • 421

Tanınmış aparıcı "Qarabağ" rəhbərliyinə OD VURDU - VİDEO

Azərbaycan futbolunun aparıcı simalarından biri olan tanınmış idman jurnalisti və aparıcı Orxan Sübhan "Qarabağ" futbol klubunun "Dinamo Zaqreb"lə Bakıdakı cavab oyununda aldığı məğlubiyyəti kəskin tənqid edib. 

News24.az-ın xəbərinə görə, o, "Qarabağ"ın son vaxtlar transfer siyasətindəki çatışmazlıqları vurğulayaraq, klubun inkişafı üçün daha çox investisiya edilməsinin vacibliyini bildirib. 

“Bakıdakı hər Avrokubok oyunundan bir saat əvvəl stadionu dairə vurub azarkeşlərə əl yelləməklə hər şey bitmir. Pul qazanmaq istəyirsənsə, pul xərcləməlisən. Heyyətə əl gəzdirmək lazımdır. Yoxsa ki, 5-6 aydan bir gedib hansısa futbolçunun əlindən tutub gətirirsən ki, oyunu alınsa bəxtimiz gətirdi. Qurban Qurabnov cibindən pul xərcləyib komandaya oyunçu almalıdır? Gərək klub rəhbərliyin əli cibində olsun".

O, klub rəhbərliyini daha cəsarətli addımlar atmağa çağırıb, "Əgər daha çox pul qazanmaq istəyirsinizsə, daha çox sərmayə qoymalısınız" sözlərini vurğulayaraq, "Qarabağ"ın heyətinə təcili olaraq yeniliklər edilməsinin vacibliyini qeyd edib.

Orxan Sübhanın fikrincə, uğurlu transfer siyasəti klubun gələcək uğurlarının təminatıdır və "Qarabağ"ın öz oyunçularını gücləndirmək üçün daha çox sərmayə etməsi vacibdir. "Klub rəhbərliyi yalnız mövcud heyətlə kifayətlənmək əvəzinə, yeni və keyfiyyətli oyunçuların komandaya cəlb edilməsi üçün əlini cibinə atmalıdır," - deyə o, qeyd edib.

Aqil Qarayev