-
- 29-08-2024, 15:49
- 340
Ermənistan prezidenti istefa verir? – Qanunu pozubmuş
“2024-cü il sentyabrın 6-da Ermənistan Dövlət İqtisad Universitetində (ASTU) keçiriləcək rektor seçkisi ərəfəsində Prezident Vaaqn Xaçaturyan istefaya getməyə məcburdur”.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Edqar Qazaryan deyib.
“Bu gün mən Prezident Vaaqn Xaçaturyana yazılı ərizə verdim. O, ya Prezident ya da ASTU-nun İdarə Heyətinin sədri vəzifələrindən birindən istefa verməlidir, çünki iki vəzifə tutmaqla konstitusiyanı pozub. Ermənistan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 4-cü hissəsinə əsasən, Respublika Prezidenti başqa vəzifə tuta, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya başqa haqqı ödənilən işlə məşğul ola bilməz. Buna görə də Ermənistan Baş naziri Nikol Paşinyana rəsmi müraciət edərək Vaaqn Xaçaturyanın ASTU-nun idarə heyətindən uzaqlaşdırılması və yerinə başqa şəxsin təyin edilməsi xahişi ilə müraciət etdim”, – deyə, o bildirib.