Telegram-ın Dubaydakı ofisi bağlandı
    • 29-08-2024, 16:27
    • 273

Telegram-ın Dubaydakı ofisi bağlandı

Telegram-ın təsisçisi Pavel Durovun 2017-ci ildən yaşadığı Dubaydakı Telegram ofisi bağlıdır və messencer komandası tərəfindən istifadə edilmir.

News24.az bu barədə TASS-a istinadla xəbər verir.

Telegram FZ MMC rəqəmsal şirkətləri və startapları cəlb etmək və dəstəkləmək üçün Dubay hökuməti tərəfindən yaradılmış texnoloji park və xüsusi iqtisadi zona olan Dubay İnternet Şəhərində yerləşən Business Central Towers-də qeydiyyatdan keçib.

Binanın 23-cü mərtəbəsində Telegram-ın icarəyə götürdüyü iki ofis sahəsi bağlıdır və orada şirkətlə bağlı heç bir əlamət yoxdur.

Xatırladaq ki, avqustun 24-də Durov Fransada saxlanılıb. Paris məhkəməsi ona qarşı altı ittiham irəli sürüb. İş adamı beş milyon avro yatırmaq və həftədə iki dəfə polis bölməsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb. Onun ölkədən çıxışı qadağandır.

Məryəm İlhamqızı