-
- 29-08-2024, 23:48
- 2 913
Elektrikə qənaət etməyin yolları - bu 4 cihazı...
Evlərimizdə istifadə etdiyimiz elektrikli əşyalar və ağıllı məişət texnikası daim "rozetka"ya qoşulan əşyalardır. Soyuducu kimi əşyaların 24 saat işləməsi lazımdır. Ancaq bu, hər ev əşyası üçün doğru deyil. Evlərimizdəki bəzi digər əşyalar və ağıllı məişət texnikası toka qoşulduqda enerji çəkməyə davam edir. Həmin vaxt elektron cihaz işləməsə belə bu vəziyyət dayanmır və buna "vampir enerjisi" deyilir. Mütəxəssislər tövsiyə edir ki, evdə tez-tez istifadə etdiyimiz dörd cihazı işləmədiyi halda elektrik şəbəkəsindən çıxaraq.
News24.az işləmədiyi halda enerji çəkən 4 elektron cihazı təqdim edir:
Paltaryuyan maşın: Soyuduculardan əlavə ən çox istifadə edilən paltaryuyan maşınlar inkişaf edən texnologiya ilə enerji dostu olacaq şəkildə istehsal edilir. Bununla belə, gözləmə rejimində olduqda çox enerji çəkir və buna görə də onu elektrik şəbəkəsindən çıxarmaq lazımdır.
Elektrikli çaydanlar: Praktik ağıllı məişət cihazlarından biri olan çaydanlara suyu sobadan daha tez qızdırdıqları üçün üstünlük verilir. Ancaq suyun bu sürətli qaynama xüsusiyyətinə görə özünü həmişə hazır rejimdə saxlayırlar. Buna görə də, çaydan işləməyən zaman elektrik şəbəkəsinə qoşulmamalıdır.
Mikrodalğalı sobalar: Yeməkləri saniyələr ərzində qızdırmaq qabiliyyətinə malik mikrodalğalı sobalar, göndərdikləri tezlik dəyərləri ilə qidadakı su dənələrini qaynadırlar. Bu proses üçün yüksək miqdarda enerji sərf edildiyi üçün mikrodalğalı sobalar elektrik şəbəkəsinə qoşulduqları müddətdə növbəti proses üçün enerji çəkərək hazır vəziyyətdə qalırlar.
Qəhvə maşınları: Qəhvə maşınları, çaydanlar kimi özünü hazırda saxlayan cihazlardandır. Növbəti isitmə prosesində özünü isti saxlamağa çalışsa da, gözləmə rejimində çox enerji çəkir.
Məryəm İlhamqızı