Sabah 31 dərcə isti olacaq
    • 8-06-2019, 13:00
    • 693

Sabah 31 dərcə isti olacaq

İyunun 09-da Gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometerologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim şmal küləyi əsəcək.  

Havanın temperaturu  gecə 19-23° isti, gündüz  26-31° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz  29-31°  isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. 


Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 %  olacaq.  


Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu  20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Mülayim şimal küləyi əsəcək.


Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək. 


İyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti,  gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti,  gündüz 21-26° isti təşkil edəcək.