-
- 8-06-2019, 14:06
- 1 168
Fuad Abbasovun anası: “Balam canavar yuvasındadır” - EKSKLÜZİV
«Niyə əvvəldən Fuada cinayət işi açılmırdı, əgər indi açılıbsa, demək bu, təxribatdır».
Bunu News24.az-a Rusiyada həbs olunan jurnalist Fuad Abbasovun anası Billur Abbasova deyib.
O, oğlunun aeroportdan geri qaytarılması məsələsinə də münasibət bildirib:
“Miqrantları Moskvada uzun müddət saxlamırlar. Dünən Fuadın keçmiş vəkili Elman Paşayev onun geri qaytarılması ilə bağlı iki versiya irəli sürüb. Fuadın sənədinin unudulması versiyası, əlbəttə, əsassızdır. Buna uşaq da inanmaz. İkinci versiya kimi də deyib, ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atıb. Əgər cinayət işi açılmışdısa, niyə əvvəldən deyilmirdi. Yox, sonradan açılıbsa, deməli, bu, təxribatdır. Bayaq dediyim kimi, miqrantlara belə münasibət olmur, yalnız cinayət edənləri bu qədər saxlayırlar. Əgər oğlumu ikinci dəfə saxlayıblarsa, demək, burda nəsə qondarma iş var”.
B.Abbasovanın sözlərinə görə, hava limanında Fuadın telefonu əlindən alınıb:
“Oğlumla danışa bilmədik. O, heç həyat yoldaşı ilə də əlaqə saxlaya bilmir, onun da telefonu dinlənilir. Dünən sevinə-sevinə oğlumu qarşılamağa hazırlaşırdım. Qohumları da başıma yığıb əlimizdə bayraqla Fuadı qarşılamağa gedəcəkdik. Amma axşam saat 8-də xəbər çıxdı ki, aeroportdan geri qaytarılıb”.
Söhbət zamanı göz yaşlarını saxlaya bilməyən B.Abbasova “Mən oğlumun geri qayıtmasını istəyirəm, balam canavar yuvasındadır” deyib:
“Fuadın əvvəldən məqsədi həm Rusiyaya, həm də Azərbayacana gedib-gəlmək hüququnun olması idi. Amma mən onun getməyinin əleyhinəydim. Çünki problemlər olacağını bilirdim. Onun damarlarında o qan axır, mən o qanı necə çıxarım? Mənim övladım içkiyə görə deportasiya olunmayıb, narkotik maddəyə görə tutulmayıb. Mənim başım dik, alnım açıqdır. Fuadı vətənini müdafiə etdiyi üçün deportasiya ediblər. Yəni, sənin nə haqqın var Azərbaycanı müdafiə edirsən?! Bəs, dövləti necə qoruyurlar, necə müdafiə edirlər?! Gərək elə şəhid olsun? O da vətəninin canlı şəhididir də. Mən bilirdim ki, Fuad vətənpərvərdir, haqsızlığa dözməz”.
B.Abbasova bildirib ki, Fuad Abbasova Azərbaycanla bağlı suallar verməklə onu qıcıqandırmaq istəyiblər: "Ona o cür suallar veriləndə hiss edirdim, bunu qıcıqlandırırlar ki, görək öz ölkəsi haqqında nə deyir. O da cavab verirdi ki, mən Azərbaycanda olmadığıma görə, buna cavab verə bilmərəm, bizim dövlətimiz, dövlətçiliyimiz, prezidentimiz var. Əgər Azərbaycanın səsi dünyada tanınınırsa, demək Azərbaycan irəlidədir. Xaricdə Azərbaycanı baltalayanları hamımız tanıyırıq. Amma Fuad ölkədən xaricdə olsa da, o mövqedə deyil. O Azərbaycan üçün çalışır. İndi də aclıq elan edib. Qorxuram ki, aclıqla xəstəliyə tutula bilər".
Afaq Mirayiq