-
- 30-08-2024, 13:18
- 246
Məşhur qrupdan Trampa XƏBƏRDARLIQ
Dünyaca məşhur İsveç musiqi qrupu ABBA, Trampın seçki mitinqlərində mahnılarından icazəsiz istifadə edildiyi üçün rəsmi xəbərdarlıq göndərib.
News24.az xəbər verir ki, bununla belə, Trampın seçki kampaniyasını idarə edənlər bundan istifadə etmək üçün icazələrinin olduğunu iddia ediblər.
ABBA adından mətbuata verilən açıqlamada, “ABBA bu yaxınlarda internetdə yayımlanan videolar vasitəsilə musiqi və videolarının Trampın tədbirində icazəsiz istifadə edildiyindən xəbər tutdu”, - ifadəsi işlədilib.
Açıqlamada Tramp tərəfinin heç bir icazə və ya lisenziya almadığı bildirilib. Trampın seçki kampaniyasının sözçüsü isə mahnılardan istifadə etmək üçün lisenziyaya malik olduqlarını iddia edib.
Məryəm İlhamqızı