ETSN mütəxəssisləri yanğın olan ərazidə monitorinq aparır - FOTO
    • 30-08-2024, 16:00
    • 156

ETSN mütəxəssisləri yanğın olan ərazidə monitorinq aparır - FOTO

Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı  ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

News24.az xəbər verir ki, bunu "Unikal"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

ETSN mütəxəssisləri yanğın olan ərazidə monitorinq aparır - FOTO