Atasını döyərək öldürən oğul həbs olundu
    • Dünən, 23:00
    • 155

Atasını döyərək öldürən oğul həbs olundu

Türkiyədə Aysel A. (47) evə gələndə həyat yoldaşı Cihangir A.-nın (51) qonaq otağında yerdə hərəkətsiz uzandığını görüb. Heç bir reaksiya ala bilməyən qadın 112 və polisə xəbər verib. Polis qrupları mərhumun başında və üzündə xəsarətlər aşkar edərək, həmin vaxt evdə olan oğlu Ufuk A.-nı (27) ifadəsi alınmaq üçün polis bölməsinə aparıb. Dindirilmə zamanı atası ilə dava etdiyini etiraf edən Ufuk A. nəzarətə götürülüb.

News24.az xəbər verir ki, prokurorluq kişinin meyitinə baxış keçirdikdən sonra ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibb İnstitutuna göndərilib.

Şübhəli ifadəsində "Atamla hər zaman döyüşürük, dünən gecə də döyüşdük. Dava səbəbini xatırlamıram. Dava zamanı onu itələdim, yerə yıxıldı. Öldüyünü bilmirdim" deyib.

Günel Məlikzadə