-
- 30-08-2024, 23:10
- 755
Mask 258 milyardlıq məhkəməni qazandı
Texnologiya milyarderi İlon Mask kriptovalyuta Dogecoin ilə bağlı ona qarşı açılan məhkəmədə qalib gəlib.
News24.az xəbər verir ki, cümə axşamı Manhetten Federal Məhkəməsindən verilən açıqlamada, Maskın işin rədd edilməsi ilə bağlı müraciətinin uğurlu olduğu deyilib.
İnvestorların 2022-ci ildə Maska qarşı açdıqları iddiada milyarderin kriptovalyuta ilə manipulyasiya etdiyi irəli sürülüb.
İddiaçılar Maskın Twitter-dəki paylaşımlarının, onlayn yazılarının və 2021-ci ildə NBC-nin Saturday Night Live-da çıxışının bu manipulyasiyanın bir hissəsi olduğunu iddia ediblər.
İnvestorlar həmçinin iddia ediblər ki, Musk Twitter-i aldıqdan sonra 2023-cü ilin aprelində platformanın loqosunu Dogecoin-in it loqosu ilə dəyişdirərək kriptovalyutanın qiymətində 30 faiz artıma səbəb olub, daha sonra isə Dogecoini 124 milyon dollara satıb.
Mask Twitter-dəki paylaşımlarında Dogecoin-i “gələcəyin valyutası” kimi təqdim edib və bildirib ki, bu kriptovalyuta ilə Tesla almaq və ya onun SpaceX şirkəti vasitəsilə Aya getmək olar.
Hakim 258 milyard dollarlıq işə xitam verildiyini və qərardan şikayət verilə bilməyəcəyini açıqlayıb.
İnvestorların vəkilləri açıqlama verməsə də, Maskın vəkili Alex Spiro, "Bu, Dogecoin üçün çox yaxşı bir gündür" dedi.
Günel Məlikzadə