İsrailin Filadelfiya dəhlizi ilə bağlı qərarı
    • Dünən, 23:30
    • 89

İsrailin Filadelfiya dəhlizi ilə bağlı qərarı

Yerli mətbuatda çıxan xəbərlərdə İsrail ordusunun Filadelfiya dəhlizində işğalın davam etdirilməsi ilə bağlı tərtib etdiyi xəritələri Təhlükəsizlik Kabinetinə təqdim etdiyi bildirilib.

News24.az xəbər verir ki, İsrail ordusunun Filadelfiya dəhlizində işğalının davam etdirilməsinin lehinə Təhlükəsizlik Kabinetinin 10 üzvündən 8-i səsvermədə bu təklif qəbul edilib.

Qeyd olunub ki, müdafiə naziri Yoav Qallant bu təklifə yox səsi verib, ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə iclasa qatılmayıb.

İclasda baş nazir Benyamin Netanyahunun dəhlizdə işğalın davam etdirilməsinin "zəruriliyini" müdafiə etdiyi bildirilib.

Bildirilib ki, Netanyahu da bu addımın İsraillə HƏMAS arasında “məhbus mübadiləsini çətinləşdirməyəcəyini”, əksinə, “mümkün razılaşmanı daha da mümkün edəcəyini” iddia edib.

Adı açıqlanmayan bir İsrail rəsmisi İsrail ordusunun Filadelfiya dəhlizində işğalın davam etdirilməsi üçün hazırladığı xəritələri ABŞ-ın “təsdiq etdiyini” və Təhlükəsizlik Kabinetinə təqdim etdiyini iddia edib.

Günel Məlikzadə