Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıldı
    • Dünən, 23:40
    • 91

Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıldı

Ümumdünya Səhiyyə Təşkilatı, poliomielit xəstəliyinin 25 ildə ilk dəfə görülməsindən sonra başladılan səylər çərçivəsində, müharibədən zərər çəkən Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıldığını açıqlayıb.

News24.az xəbər verir ki, bu həftə sonu başlaması planlaşdırılan peyvənd işlərində 640 mindən çox uşağın peyvənd oluna bilməsi üçün müxtəlif bölgələrdə qarşıdurmalara üç günlük fasilə veriləcək.

BMT rəsmiləri xəbərdarlıq edib ki, HƏMAS və İsrail hərbçiləri peyvəndlərə icazə vermək üçün danışıqlar nəticəsində əldə edilmiş humanitar fasilələrə "hörmət" etməlidirlər.


Günel Məlikzadə