Kimyəvi maddələr daşıyan maşın qəzaya uğradı
    • Dünən, 23:50
    • 108

Kimyəvi maddələr daşıyan maşın qəzaya uğradı

Avstraliyanın Kvinslend əyalətində avtomagistralda ammonium nitrat daşıyan yük maşını ilə avtomobil toqquşub.

News24.az bildirir ki, Avstraliya xəbər portalı News-un xəbərində Bruce şossesində baş verən qəza ilə bağlı Kvinslend polisinin verdiyi açıqlamada qəzada 1 nəfərin öldüyü bildirilib. 

Nəqliyyat vasitəsinin sürücüsünün öldüyü, yük maşınının sürücüsünün isə yaralandığı qeyd edilib.

Qəzadan sonra partlayışın meydana gəldiyinə diqqət çəkən açıqlamada, "Yük maşınından kimyəvi maddə sızması var. 2,5 kilometrlik ərazidə qadağa zonası yaradılıb. Bu zonanın hüdudlarında olan vətəndaşlara olduqları ərazidən getmələrini tövsiyə edirik. Gedə bilməyənlər pəncərələrini, qapılarını, kondisionerlərini bağlasınlar” qeyd edilib.


Günel Məlikzadə