Yanğınsöndürən helikopter QƏZAYA UĞRADI: Ölənlər var
    • Bu gün, 09:12
    • 1 401

Yanğınsöndürən helikopter QƏZAYA UĞRADI: Ölənlər var

Portuqaliyada yanğınsöndürən helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın “Lusa” agentliyi məlumat yayıb.

Məlumata görə, helikopter ölkənin şimalında çaya düşüb. Helikopterin içərisində Portuqaliya Milli Qvardiyasının iki əməkdaşının cəsədi tapılıb.

Daha sonra agentlik daha iki hərbçinin meyitinin tapılması barədə məlumat yayıb.

Bir nəfər itkin düşmüş hesab olunur.

Agentlik bildirir ki, helikopterin pilotu xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.