Dünya bazarlarında neft ucuzlaşdı
    • Bu gün, 09:21
    • 90

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft 2 dollara yaxın ucuzlaşıb.

News24.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 2,40% azalaraq 1 barelə görə 76.93 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,11% azalaraq 1 barelə görə 73.55 ABŞ dollarına enib.