“Çelsi” hücumçusu icarədə
    • 31-08-2024, 17:23
    • 447

“Çelsi” hücumçusu icarədə

“Çelsi”nin futbolçusu Armando Broyanın taleyinə aydınlıq gəlib.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, hücumçu “Everton”a icarəyə verilib.

22 yaşlı albaniyalı bir mövsüm ərzində Liverpul klubunda forma geyinəcək. İcarə müqaviləsində onun sonradan transferi ilə bağlı bənd də yer alıb.

Qeyd edək ki, ötən mövsümdə “Fulhem”də icarədə olan Broya 27 matçda 2 qol vurub və 2 assistə imza atıb.