Azərbaycanda ən yüksək ödənişli ixtisaslar
    • Bu gün, 17:56
    • 147

Azərbaycanda ən yüksək ödənişli ixtisaslar

Xəbər verdiyimiz kimi bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb. İxtisas seçimlərində təhsilhaqqı da mühüm rol oynayır. Ölkədə ali təhsil müəssisələrində ən yüksək və aşağı illik təhsil haqlar nə qədərdir? 

News24.az Teleqraf.com-a istinadla bir sıra universitetlərlə apardığı sorğunu təqdim edir:

Bakı Dövlət Universiteti (BDU)

Hüquqşünaslıq - 4500 manat

Ekologiya - 1700 manat

Azərbaycan Tibb Universiteti (ATU)

Tibb - 4500 manat

Digərlər fakültələrdə ödəniş - 4000 manat

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Maliyyə - 2600 manat

Ekologiya - 1600 manat

Azərbaycan Texniki Universiteti (AzTU)

Maliyyə - 2200 manat

Ən aşağı ödəniş qiyabi təhsildədir - 1600 manat

Azərbaycan Dillər Universiteti (ADU)

İngilis dili müəllimliyi - 2700 manat

Alman, fransız, ispan dili müəllimliyi - 1300 manat