Dodağındakı dolğuları çıxarıb yeni fotosunu paylaşdı
    • Bu gün, 19:42
    • 176

Dodağındakı dolğuları çıxarıb yeni fotosunu paylaşdı

Amerikalı model və iş qadını Kayli Cenner yeni görünüşü ilə diqqətləri üzərinə cəmləyib.

News24.az OLAY-a istinadla yazır ki, Kayli uzun müddətdən sonra dodaqlarına həcm verən dolğuları çıxarıb.

Bu, onun makiyajsız fotosunu sosial şəbəkə hesabında yayımladıqdan sonra üzə çıxıb.

Ulduzun dodaqlarının nəzərəçarpacaq dərəcədə kiçildiyini nəzərdə qaçmayıb. 

Qeyd edək ki, Cenner müsahibələrinin birində dodaqlarını yeniyetmə ikən böyütdüyünü açıqlamışdı.