Futbolda ŞOK: qapı aşıb qapıçını öldürdü
    • Bu gün, 19:56
    • 149

Futbolda ŞOK: qapı aşıb qapıçını öldürdü

Rusiyanın Nijni Novqorod şəhərində uşaqların futbolu ölümlə nəticələnib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Qrebnoy kanalının sahilində yerləşən yaxta klubunun ərazisində baş verib.

Yayılan videodan görünür ki, futbol qapısı aşaraq, qapıçını əzib. Nəticədə uşaq döş və boyun nahiyələrindən xəsarət alaraq yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb.