-
- 31-08-2024, 20:00
- 766
İngiltərədə baş nazirin müavini gecə klubundakı rəqsi ilə gündəm oldu - VİDEO
İngiltərə baş nazirinin müavini Angela Raynerin bu görüntüləri gündəm olub.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, qırmızı libasda olan Leyboristlər Partiyasının üzvü Rayner gecə klubunda minlərlə insanın qarşısında rəqs edərkən kameralara tuş gəlib.
Məşhur DJ FISHER-in yanında rəqs edən Raynerin görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Bəzi dairələr Raynerin davranışını tənqid edərkən, digərləri onun səmimi və real münasibətini yüksək qiymətləndirib.
Həmin görüntüləri təqdim edirik.