İdmançı Messi ilə müqayisə edilməsinə belə reaksiya verdi: “Siz dəlisiniz!”
    • Bu gün, 21:22
    • 77

İdmançı Messi ilə müqayisə edilməsinə belə reaksiya verdi: “Siz dəlisiniz!”

Formula 1 komandası “Uilyams”ın nın 21 yaşlı argentinalı pilotu Franko Kolapinto Kral Yarışlarında debütü ərəfəsində azarkeşlərin onu Lionel Messi ilə müqayisə etməsindən danışıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Kolapintonun sözlərini “Racingnews365” sitat gətirib.

“Özünü Leo Messi kimi hiss etmək çox çətindir, amma bəzən azarkeşlərin bizi müqayisə etdiyini görürəm və düşünürəm: “Siz dəlisiniz, çünki Messi tanrı kimidir və heç bir müqayisə gəlmir. Amma 23 ildir ki, argentinalı Formula 1 sürücüsü yoxdur, ona görə də görünüşümün argentinalıları necə çox sevindirdiyini görə bilirəm, çünki bu, həm onlar üçün, həm də mənim üçün xüsusi bir məqamdır.

Düşünürəm ki, argentinalının Formula 1-də meydana çıxması təkcə məni deyil, bütün ölkəmizi sevindirmək üçün böyük səbəbdir. Mən gənc bir sürücü kimi hər hansı bir həmyerlimizə dəstək olmaq istərdim və indi o qədər insan Formula 1-ə baxmağa gəlir, Bunu görmək çox gözəldir”, – Kolapinto bildirib.