İranda polis tərəfindən saxlanılan gənc həbsdə öldü
    • Dünən, 21:36
    • 116

İranda polis tərəfindən saxlanılan gənc həbsdə öldü

İranın Gilan vilayətinin Lahican şəhərində polis tərəfindən saxlanılan gəncin həbsdə ölüb. 

News24.az “Unikal”-a istinadən xəbər verir ki, “Məhəmməd Mirmusevi” adlı şübhəlinin ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizasının rəyi gözlənilir.

Qeyd edək ki, polisin fəaliyyətinə və davranışına lazımi səviyyədə nəzarət etmədiyi aşkarlanan şəhərin polis rəisinin vəzifəsindən azad edildiyi bildirilib.