Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də… - ŞOK
    • Bu gün, 13:04
    • 120

Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də… - ŞOK

“Ermənistan hakimiyyəti artsax hakimiyyətinə qarşı izaholunmaz nifrətlə doludur və onları talançı və satqın kimi qələmə vermək üçün hər cür səy göstərir. Belə çıxır ki, Ermənistan hökuməti bilərəkdən artsax rəsmilərinə qarşı iddia qaldırır”.

News24.az moderator.az-a istinadən  xəbər verir ki, bunu  Ermənistanın rusiyapərəst mövqeyi ilə seçilən “Hraparak” nəşri yazır.  

 Məlumatda bildirilir ki, Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu qondarma “prezident”i Samvel Şahramanyan bir neçə ay əvvəl  Qarabağdan Ermənistana keçirilmiş  356 avtomobil haqqında məlumatı Paşinyan hökumətinə “ötürüb və onların taleyini birlikdə müzakirə etməyi və həll etməyi təklif edib”. Hakimiyyət cavab verməyib, mövzunu “yuxuya veriblər” ki, aylar sonra asayiş keşikçiləri öz təşəbbüsləri ilə maşınları ələ keçirib cinayət işi qaldırsınlar”...

Erməni nəşri qeyd edir ki, bu prosesin "maraqlı tərəfi" onun  keşiş Baqratın başçılığı ilə “müqəddəs hərəkat”ın Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə etirazların start götürdüyü günlərdə başlamasıdır. 

“Bu bəlkə də müqəddəs hərəkatda fəal iştirak edən artsax xalqını mübarizədən yayındırmaq hesabı ilə edilir”,- deyə qəzet yazır. 

Bildirilir ki, Xankəndinin sonuncu qondarma “mer”i David Sərkisyan və Əsgəranın sonuncu saxta “mer”i Hayk Şamiryan da "eyni ssenari üzrə həbs ediliblər". İrəvanda qaldırılmış cinayət işi çərçivəsində  Azərbaycan ərazisindən gətirilmiş  256 avtomobil müsadirə edilib ki,  onlardan 100-dən çoxu separatçı-terrorçu rejimin qondarma “daxili işlər nazirliyi”nin avtomobilləridir... 

Xatırladaq ki, Azərbaycan ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal əməliyyatdan sonra Arayik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan başda olmaqla bir sıra separatçı liderlər həbs edilərək Bakıya gətirilsə də, Samvel Şahramanyan, Samvel Babayan və Vitali Balasanyan kimi bir çox fəallar və hərbi komandirlər sərhədi naməlum şəraitdə keçərək Ermənistana  sığına biliblər...