“Həyatımda belə gözəl yerlər görməmişdim”
    • Dünən, 22:09
    • 132

“Həyatımda belə gözəl yerlər görməmişdim”

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz sizin qarşınızda baş əyirik. Sizin sayənizdə gedib torpaqlarımıza çıxa bildik”.

News24.az OLAY-a istinadla yazır ki, bu sözləri Qarabağa yollanan rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Laçın, Şuşa və Xankənə yollanan sənətçi orada çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb. 

“Həyatımda belə gözəl yerlər görməmişdim. Fəxr edirəm ki, azərbaycanlıyam. Canavar kimi oğullarımız sayəsində torpaqlarımıza qovuşduq”, - deyə Renka vurğulayıb.