Əliyevlə sərhəddə görüşməyə hazıram - Paşinyan
    • Bu gün, 13:20
    • 93

Əliyevlə sərhəddə görüşməyə hazıram - Paşinyan

Putinlə telefon danışığı zamanı Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazır olduğumu dedim.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr verib:

“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.