Elektrikli "Range Rover"in kamuflyajsız FOTOları yayımlandı
    • Dünən, 23:15
    • 81

Elektrikli "Range Rover"in kamuflyajsız FOTOları yayımlandı

Britaniyanın "Land Rover" şirkəti Avropanın yollarında "Range Rover" modelinin elektrikli modifikasiyasının prototipini kamuflyajsız sınaqdan keçirir.

News24.az oxu.az-a istinadən bildirir ki, fotolara əsasən, xarici görünüşünə görə o, benzin versiyasından yalnız cüzi dizayn detalları ilə fərqlənəcək.

Prototipində görünən eksteryer təkmilləşdirmələri yalnız işlənmiş qazburaxma sisteminin borusunun olmaması və orijinal radiator barmaqlığı ilə məhdudlaşır.

Bundan əlavə, "Range Rover" qeyri-adi dərəcədə kompakt təkər diskləri ilə təchiz edilib, lakin gələcəkdə elektromobili daha böyük, lakin yüngülləşdirilmiş disklər və xüsusi hazırlanmış "Pirelli" şinləri ilə təchiz ediləcək.