Azərbaycanda satılan məktəbli formaları xərçəng yaradır - DƏHŞƏT
    • Dünən, 23:24
    • 177

Azərbaycanda satılan məktəbli formaları xərçəng yaradır - DƏHŞƏT

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa məktəbli geyimlərinin sintetik parçadan hazırlanmasına irad bildirib. Bu cür parçalardan hazırlanan formaların uşaqların sağlamlığı üçün təhlükə yaratdığını vurğulayan millət vəkili bu məsələyə ciddi yanaşmaq lazım olduğunu deyib. 

Bəs sintetik geyimlər insan sağlamlığı üçün hansı təhlükə yaradır?

News24.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən dermatoloq Vaqif Abdullayev mümkün risklərdən danışıb:

“Bildiyim qədərilə, ölkəmizdə paltarların keyfiyyətini dəyərləndirən bir qurum mövcud deyil. Sözügedən müəssisə olsa, bütün bu kimi hallara nəzarət daha da gücləndirilmiş olar. 

Tamamilə sintetik parçadan hazırlanan geyimlər insan səhhəti üçün müəyyən problemlər yarada bilir. Ancaq həmin parçalardan hazırlanan paltarların keyfiyyət və istehsalından çox şey asılıdır. Sintetik parçalar pambıq qədər hava keçirmir. Bu parçaların və onlara qatılan boyaların tərkibində fenollar ola bilir. Uzun müddət belə parçadan hazırlanan paltarları geyinəndə, dəriyə təmas etdikdə, sağlamlığımız üçün bir çox problemlərin yaranmasına gətirib çıxarır. Fenol kanserogen maddədir. Xərçəngin yaranmasına şərait yaradır. Bu risk sintetik geyimlərin tərkibində mövcuddur. Buna görə, həm istehsalçılar, həm də müştərilər belə geyimləri alarkən çox diqqətli olmalı, keyfiyyətli paltarlar almağa üstünlük verməlidirlər”. 

Həkim onu da əlavə edib ki, sintetik parçalar dəridə allergik reaksiyaların ortaya çıxmasına da şərait yaradır: 

“Sintetik geyimlərdə olan digər məqam isə, pambıq parçalardan fərqli olaraq sintetik material uşaq qaçıb tərlədiyi zaman bu təri özünə hopdurmur. Nəticədə dəri yaş qalır və diskomfort yaranır. Alt paltarlarda elə olduqda, bişməcə, digər dermatitlər yarana bilir. Bəzi uşaqlarda təmas dermatit yaranır. Bu da allergiyanın bir növüdür. Dəri hansısa bir maddəyə toxunduğu zaman qıcıqlanma ortaya çıxır. Bütün bunlar nəzərə alınmalıdır. Yaxşı olar ki, məktəblilər üçün tam pambıq materiallı parçalardan formalar hazırlansın”.