Bu gün saat 16:10 radələrində Bakının mərkəzi hissəsində ağır avtomobil qəzası baş verib. 

News24.az-ın məlumatına görə Nəsimi rayonu Bülbül prospektində "Hyundai" və "Great Vall" markalı minik maşınları toqquşub. Qəza zamanı sürücünün nəzarətindən çıxan "Hyundai" markalı avtomobil yolun kənarındakı irigövdəli ağaca çırpılaraq dayanıb. Xoşbəxtlikdən yolun kənarındakı şəxslərdən ölən və xəsarət alan olmayıb. Avtomobillərdə olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə qurtulub. Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Instagram

Fotolar