"Tramp məni işdən qovub" – Emin Ağalarov
    • Bu gün, 12:24
    • 262

"Tramp məni işdən qovub" – Emin Ağalarov


Xalq artisti Emin Ağalarov rusiyalı jurnalistlərə verdiyi son müsahibədə maraqlı açıqlama verib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni “Məni həyatımda cəmi bir dəfə işdən qovublar, o da öz xahişimlə. Məni işdən qovan adam Tramp idi”,- deyə bildirib.

Emin qeyd edib ki, bu hadisə onun klip çəkilişləri üçün təşkil edilib.

“Amerikadaydıq. Klip çəkilişlərimiz gedirdi. Trampla təsadüfən qarşılaşdıq. Ona təklif elədim, razılıq verdi. Elə Trampın iclas otağında o səhnə çəkildi”,- deyə Xalq artisti bildirib.