İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı
    • 10-06-2019, 10:49
    • 974

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb. 


News24.az xəbər verir ki, iyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda Bakcell “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb. Mükafatİqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən Bakcell şirkətinin rəhbərinətəqdim olunub.


Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti “Milli KSM Mükafatı 2018″ mükafatının qalibi olub.ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə “Bakcell”in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında ənuğurlu KSM layihəsi elan edilib. 


Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. “Bakcell Stars”ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan,valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqvə gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəkləmək, təhsilvə işimkanlarıilə təmin etməkdir.